Bu ilin yanvar-oktyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 5 235 960,39 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 faiz çoxdur.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Komitənin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 19,3 faiz artaraq 1 357 049,1 min manat təşkil edib.
ƏDV üzrə daxilolmalar isə 10 faiz artaraq 3 655 747,1 min manata bərabər olub. Aksizlər üzrə cari ilin ilk 10 ayında daxilolmalar 39,3 faiz artaraq 186 651 min manat təşkil edib.
Yol vergisi üzrə daxilolmaların həcmi 36 513 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 30,6 faiz azdır.