Mərakeşin Rabat şəhərində keçirilən Azərbaycan və Mərakeş Krallığı hökumətinin ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyasının iclası çərçivəsində Bakı Limanı ilə Mərakeşin Milli Limanlar Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Bakı Limanına istinadən xəbər verir ki, Limanın baş direktoru Taleh Ziyadov və Mərakeş Milli Limanlar Agentliyinin baş meneceri Nadia Laraki tərəfindən imzalanan memorandumun əsas məqsədi iki ölkənin inkişafında limanların rolunu və strateji əhəmiyyətini nəzərə alaraq, əməkdaşlıq və tərəfdaşlığın qurulması və möhkəmləndirilməsidir.
Memorandum limanlar arasında əməkdaşlıq, liman əməliyyatlarının inkişafı, liman logistikası, terminalların idarə edilməsi, infrastruktur, qabaqcıl təcrübə mübadiləsi, ətraf mühitin mühafizəsi kimi bir çox sahələrdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verəcək.