Yaşayış və qeyri-yaşayış obyektlərinin icbari sığortasına dair Tədbirlər Planı qəbul edilib

2019.06.24 17:53 (UTC+04:00)

İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov mətbuat nümayəndələri üçün təşkil olunmuş seminarda bildirib ki, yaşayış evləri və qeyri-yaşayış binalarının sığortalanmamasına görə İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulub və bu cərimələr yerlərdəki icra hakimiyyəti orqanları, qeyri-yaşayış obyektlərinə münasibətdə isə Fövqəladə Hallar Nazirliyi tərəfindən tətbiq edilməlidir.

R.Əhmədov daşınmaz əmlakın icbari sığortası sahəsində mexanizmin effektiv işləməsi üçün mühüm addımlar atıldığını qeyd edib.