Dəmiryolu ilə sərnişindaşımalarda 31 faiz artım var

2023.11.13 17:52 (UTC+04:00)

Bu ilin oktyabr ayında ölkə üzrə qatarlarla 772 523 sərnişin daşınıb.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq göstəricisindən 31 faiz çoxdur.

“Ümumilikdə isə cari il ərzində QSC tərəfindən 6 milyona yaxın sərnişinə xidmət göstərilib”, - məlumatda bildirilir.