7-9 dekabr tarixlərində Bakıda 1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi keçiriləcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, “Marsol Group”un birgə təşkilatçılığı ilə ilk dəfə təşkil olunacaq sərgidə ölkədə fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilən qida, qeyri-qida, mebel, inşaat materialları, proqram təminatı, tekstil məhsulları, eləcə də müasir istehsal avadanlıqları və texnologiyaları nümayiş olunacaq.
Sərgidə Bakı şəhəri və regionlarda fəaliyyət göstərən 100-yə yaxın şirkətin istehsal etdiyi məhsullar nümayiş olunacaq. Sərgidə stend icarəyə götürmək, tanıtım imkanlarından faydalanmaq istəyən istehsalçı şirkətlər *0555 nömrəsinə müraciət edə bilərlər.
Sərginin məqsədi yerli məhsulların geniş istehlakçı auditoriyasına tanıdılması, yerli brendlərin istehsal texnologiyaları barədə alıcıları məlumatlandırmaq, alıcılar və satıcılar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, yerli məhsulların ixracı sahəsində əməkdaşlığın genişləndirilməsidir.
İş adamları Cəmiyyətinin Milli Assosiasiyası, Dövlət Məşğulluq Agentliyi, Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan Sahibkarlar Konfederasiyasının rəsmi tərəfdaşlığı ilə keçiriləcək sərgi çərçivəsində müxtəlif müsabiqələr, təqdimatlar və “B2B” görüşlərin keçirilməsi nəzərdə tutulur.
Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir. Sərgi ilə bağlı ətraflı məlumat və ziyarətçi kimi qeydiyyatdan keçmək üçün: https://bit.ly/3FIkhV3