İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 4 nəqliyyat vasitəsi satılıb.
Xidmətdən verilən məlumata görə, hərrac rəqabətli keçib. Belə ki, “Daewoo Damas” markalı avtomobilin start qiyməti 2 min manat olsa da, son təklif 4 min manata yüksəlib. Bununla yanaşı, start qiyməti 2 min manat olan “QAZ 31105” markalı nəqliyyat vasitəsi 3150 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/36SjYG linki vasitəsilə tanış olmaq olar.
Cari ay üzrə növbəti hərraclar noyabrın 14-ü, 17-si, 21-i və 28-də keçiriləcək. Bu tarixlərdə keçiriləcək hərraclara 116 nəqliyyat vasitəsi çıxarılıb.