Pirallahı Sənaye Parkında indiyədək 42 milyon manatlıq məhsul istehsal olunub

2023.11.07 16:06 (UTC+04:00)

Pirallahı Sənaye Parkında 2023-cü ilin yanvar-sentyabr ayları ərzində 12,3 milyon manatlıq məhsul istehsal edilib və bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 53,6% çoxdur. Sənaye Parkında indiyədək 42 milyon manatlıq məhsul istehsal olunub.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

"Pirallahı Sənaye Parkına indiyədək rezidentlər tərəfindən 37 milyon manatadək investisiya yatırılıb, 130-dan çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə 30 milyon manat investisiyanın qoyulması, 250-dən çox iş yerinin yaradılması nəzərdə tutulur", - nazir qeyd edib.