Naxçıvanda vergi daxilolmaları 33 faiz artıb

2023.11.07 13:30 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasında vergi daxilolmalarında müsbət dinamika davam edir. 2023-cü ilin 10 ayında MR Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 134.3 milyon manatdan çox vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 33 faiz və ya 32,9 milyon manat çoxdur. Naxçıvan MR DVX-də qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 39 faiz və ya 36,8 milyon manat artıb.