"Qovlar Yem" MMC-yə güzəştli kredit ayrılıb

2023.11.07 13:11 (UTC+04:00)

"Sahibkarlığın İnkişafı Fondu Qovlar Yem MMC-yə Tovuzda quş yemi istehsalı layihəsini həyata keçirmək üçün 250 min manat güzəştli kredit ayırıb. Layihənin reallaşdırılması bu sahədə yüksək olan idxaldan asılılığın azalmasına müsbət təsir edəcək".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında məlumat verib.