2023-cü ilin yanvar-oktyabr aylarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,2% artaraq 14 milyard 593,5 milyon manat olub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında bu haqda məlumat verib.
"Bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,2% artaraq 8 milyard 387,4 milyon manat təşkil edib", - nazir əlavə edib.