Birjalarda neft qiymətləri

2023.11.07 10:37 (UTC+04:00)

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,57 dollar azalaraq 84,61 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,49 dollar ucuzlaşaraq 80,33 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,04 dollar və ya 0,04 faiz artaraq 90,71 dollar olub.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.