"İqtisadi zona" proqramının növbəti buraxılışı VİDEO

2023.11.06 15:07 (UTC+04:00)

- Sosial yardımlar üçün tələb edilən “sabit qəbz”lə bağlı məsələ necə həll olunur? Dövlət Vergi Xidmətindən açıqlama.

- Gələn il minimum əməkhaqqı sabit qalacaq. Bu, sahibkarların vergi yükünə necə təsir göstərəcək?

- Gömrük sistemində "Smart Customs" tətbiqi ilə bağlı yeniliklər olacaq. Dövlət Gömrük Komitəsi sədrinin müşavirindən eksklüziv açıqlama.

- Vətəndaş özünün istehsal etdiyi elektrik enerjisini dövlətə sata biləcək. Yeni qaydaların verdiyi bu imkandan kimlər yararlana bilər?

Günel Bəhramqızının yeni hazırlanan “Gömrük İnkişaf Modeli”nin məqsədi, sahibkarların fəaliyyətinə təsiri və ümumilikdə gömrük sahəsinə aid vətəndaşları maraqlandıran bir sıra suallarını Dövlət Gömrük Komitəsinin sədrinin müşaviri Əsgər Məmmədov cavablandırıb.

Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi zona" proqramının 05 noyabr 2023-cü il tarixli buraxılışında tanış ola bilərsiniz.