Çinlə ticarət dövriyyəsi 2,2 milyard dolları üstələyib

2023.11.06 14:40 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Çinlə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 49,2 faiz və ya 752,46 milyon ABŞ dolları artaraq 2,28 milyard dolları üstələyib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 9 ayında Azərbaycandan Çinə 71,6 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 67 faiz və ya 28,7 milyon dollar çoxdur.

Çindən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 48,7 faiz və ya 723,7 milyon dollar artaraq 2,21 milyard dollar təşkil edib.

Cari ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Çin ilə ticarətin payı 5,84 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 2 faiz bəndi çoxdur.