373 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb

2023.11.06 13:06 (UTC+04:00)

2023-cü ilin yanvar-sentyabr ayları ərzində 373.647 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.

Bu haqda məlumatı iqtisadiyyat naziri Mikayıl Cabbarov verib.

"Bunun 58.314-ü ilkin, 315.333-ü isə təkrar qeydiyyatın payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə 43,8% artım müşahidə olunub", - nazir qeyd edib.