Özbəkistanda İƏT-in 16-cı sammiti keçiriləcək

2023.11.06 11:51 (UTC+04:00)

Noyabrın 8-9-da Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı sammiti keçiriləcək.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, gündəliyə uyğun olaraq, İƏT çərçivəsində ticarət-iqtisadi, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi, bu strukturun fəaliyyətinin təkmilləşdirilməsi məsələlərinə baxılacaq.

Qeyd edək ki, İƏT Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanın daxil olduğu regional dövlətlərarası iqtisadi strukturdur.