Qaymaq və xama istehsalı artıb

2023.11.06 10:16 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında ölkədə 6560,0 ton qaymaq və xama istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 9,6 faiz və ya 573,9 ton üstələyir.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin avqust ayı ilə müqayisədə sentyabrda məhsul istehsalında 1,8 faiz və ya 13,4 ton artım qeydə alınıb.

Sentyabr ayında 774,2 ton qaymaq və xama istehsal olunub.