15-17 noyabr tarixlərində Türkiyənin İstanbul şəhərində logistika və nəqliyyat sənayesinin əsas tədbirlərindən biri sayılan "Logitrans Türkiye 2023" beynəlxalq sərgisi keçiriləcək.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı xəbər verir ki, ölkəmizi sərgidə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan "ADY Express" təmsil edəcək. Şirkət tərəfindən sərgidə yükdaşımalar və logistika sahəsində göstərilən xidmətlər təqdim ediləcək, əməkdaşlıq imkanları müzakirə olunacaq.
Qeyd edək ki, “Logitrans Turkiye” dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərən nəqliyyat və logistika sahəsində çalışan mütəxəssisləri və şirkətləri bir araya gətirən əhəmiyyətli sərgilərdən biridir. Sərginin əsas tematik istiqamətləri yükdaşımalar və logistika xidmətləri, avadanlıq və texnologiyalar, İT/telematika, elektron biznes və telekommunikasiyadır. 2022-ci ildə sərgidə 23 ölkədən 171 şirkət iştirak edib.