Bu ilin yanvar-sentyabr aylarında ölkədə 179,0 min ton maye qaz istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 4,6 faiz və ya 8,23 min ton üstələyir.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin avqust ayı ilə müqayisədə sentyabrda istehsal həcmində 7,5 faiz və ya 1,4 min ton artım qeydə alınıb. Sentyabr ayında 20 min ton maye qaz istehsal olunub. Oktyabr ayının 1-nə hazır məhsul ehtiyatı isə 2,7 min ton təşkil edib.