Plastik məmulatların istehsalı layihəsinə 195 min manat güzəştli kredit ayrılıb

2023.11.03 17:20 (UTC+04:00)

Sahibkarlığın İnkişafı Fondu tərəfindən plastik məmulatların istehsalı layihəsi üzrə 195 min manat güzəştli kredit ayrılıb.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Fondun məlumata istinadən xəbər verir ki, güzəştli kredit "Miran-19" MMC-yə verilib.

Layihənin maliyyələşdirilməsi “Kapital Bank” ASC vasitəsilə həyata keçirilib.