Mingəçevir Sənaye Parkında 2023-cü ilin 9 ayı ərzində 54 milyon manatlıq məhsul istehsal edilib

2023.11.03 16:11 (UTC+04:00)

Tekstil sahəsində ixtisaslaşmış Mingəçevir Sənaye Parkında 2023-cü ilin 9 ayı ərzində 54 milyon manatlıq məhsul istehsal edilib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur.

Bu haqda məlumatı iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında paylaşıb.

"Sənaye Parkına indiyədək 159 milyon manat investisiya yatırılıb, 500-dən çox daimi iş yeri yaradılıb, 268 milyon manatlıq məhsul istehsal olunub və bunun 86%-i ixracın payına düşür".