“Gəncəsənət - payız çalarları” sərgi-satış yarmarkası keçiriləcək

2023.11.03 15:17 (UTC+04:00)

Noyabrın 5-də Gəncə şəhərində “Gəncəsənət - payız çalarları” adlı incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, məqsəd Gəncə şəhəri və ətraf bölgələrdə müxtəlif növ sənətkarlıq nümunələrinin inkişafını təşviq etmək, alıcı və sənətkarlar arasında birbaşa əlaqə yaratmaqdır.

Gəncə şəhərindəki Qalereya və Urban Mərkəzində təşkil olunacaq sərgi-yarmarkada regionda fəaliyyət göstərən sənətkarların və yaradıcı şəxslərin əl işləri nümayiş olunacaq. Yarmarka, həmçinin, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyətinə təşviq olunması məqsədi daşıyır.