22-23 noyabr tarixlərində Azərbaycandan olan biznes-missiya Rusiya Federasiyasının Saratov vilayətinə səfər edəcək.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı regionun İxraca Dəstək Mərkəzinə istinadən xəbər verir ki, səfərin məqsədi Saratov sahibkarları ilə qarşılıqlı faydalı iqtisadi əlaqələr qurmaq və ixrac müqavilələrinin bağlanmasıdır.
Tədbirin proqramına Azərbaycan şirkətləri ilə Azərbaycan bazarına məhsul ixrac etməkdə maraqlı olan Saratov müəssisələrinin nümayəndələri arasında B2B danışıqları daxildir.
Səfər çərçivəsində potensialla tanış olmaq və əməkdaşlığın təfərrüatlarını müzakirə etmək məqsədilə Saratov müəssisələrinin istehsal sahələrinə səfərlər təşkil olunacaq.