Gələn il orta illik inflyasiyanın 5,3 faiz olacağı proqnozlaşdırılır

2023.11.02 17:53 (UTC+04:00)

Təqdim olunan baza proqnozlarına əsasən, qeyri neft qaz sektorunun ÜDM də payı 2027-ci ildə 78 faizi ötəcək.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 2-də keçirilən iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, qiymət artımına təsir edən xarici və daxili amillər, o cümlədən dünyada növbəti il ərzaq qiymətləri indeksinin nisbətən aşağı düşəcəyi proqnozları nəzərə alınmaqla orta illik inflyasiya cari ildə 9,5, 2024-cü ildə isə 5,3 faiz, 2025-2027-ci illərdə isə strategiyada müəyyən edilmiş hədəf diapazonuna uyğun olaraq 4-5 faiz ətrafında olacağı proqnozlaşdırılır.

AZƏRTAC