Rusiya Federasiyasının Oryol vilayətinin “Dobrina” ət emalı müəssisəsində baytarlıq-sanitariya müayinəsi aparılıb.
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") məlumatına görə, müəssisənin Azərbaycanla yanaşı Gürcüstan və Özbəkistanın baytarlıq-sanitariya tələblərinə uyğunluğu yoxlanılıb.
Sorğunun aparılması üçün əsas təsərrüfat subyekti tərəfindən təqdim edilən müraciət olub ki, onun nəticələrinə əsasən müəssisə tələblərə cavab verən kimi tanınıb və “Məhdudiyyətsiz” statusu ilə ixracatçıların reyestrinə daxil edilib. Uyğunluğunu təsdiq edən müəssisə ət məhsullarını qeyd olunan ölkələrə ixrac etmək hüququ əldə edib.