İqtisadiyyat naziri: "Sənaye zonalarında istehsalın həcmi 6,8 faiz artıb"

2023.11.02 15:59 (UTC+04:00)

Qeyri-neft-qaz sənayesində istehsalın artımı sənaye zonalarında fəaliyyətə müsbət təsir edir. Cari ilin doqquz ayında ötən ilin doqquz ayı ilə müqayisədə sənaye zonalarında istehsalın həcmi 6,8 faiz artıb, qeyri-neft-qaz, sənaye məhsullarının ixracında sənaye zonalarının payı 23 faizə çatıb.

bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 2-də keçirilən iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Cari ilin doqquz ayında əsas kapitala investisiya qoyuluşlarının real artım tempinin 21 faiz, o cümlədən qeyri-neft qaz sektorunda 23 faiz ötməsini müsbət hal kimi qeyd etmək istərdim”, - deyə nazir əlavə edib.

AZƏRTAC