Vergilər nazirinin müavini İlkin Vəliyev Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri xanım Nataliya Tamirisanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı Azərbaycanın vergi sistemində həyata keçirilən islahatlar müzakirə edilib, vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.