Bu ilin yanvar-sentyabr aylarında ölkə üzrə əkin sahələrindən 1 833,8 min ton buğda yığılıb.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 5,6 faiz və ya 97,7 min ton çoxdur.
Cari ildə 542,8 min hektar sahədə buğda əkilib ki, bu da 2022-ci ilin göstəricisindən 0,1 faiz və ya 600 hektar azdır.
Hesabat dövründə buğda yığımında məhsuldarlıq 33,8 sentner təşkil edib. Bu, 2022-ci ilin yanvar-sentyabr aylarının göstəricisindən 5,9 faiz və ya 1,9 sentner çoxdur.