Bu ilin oktyabr ayında Azərbaycanda pul bazası 2022-ci ilin eyni göstəricisi ilə müqayisədə 10,4 faiz və ya 1 731,0 milyon manat artaraq 18 402,0 milyon manat təşkil edib.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Azərbaycan Mərkəzi Bankının hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin sentyabr ayına nisbətdə isə oktyabrda pul bazasında 2,8 faiz və ya 505,8 milyon manat artım qeydə alınıb.
Qeyd edək ki, 2022-ci ilin dekabr ayının sonuna ölkədə pul bazası 17 460,3 milyon manat olub.