Bu ilin oktyabr ayında Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları ötən ilin eyni göstəricisi ilə müqayisədə 34,7 faiz və ya 2 705,1 milyon ABŞ dolları artaraq 10 508,1 milyon dollar təşkil edib.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının AMB-nin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin sentyabr ayına nisbətdə isə oktyabrda valyuta ehtiyatlarında 7,5 faiz və ya 732,8 milyon dollar artım qeydə alınıb.
Qeyd edək ki, 2022-ci ilin dekabr ayının sonuna Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 8 995,7 milyon dollar təşkil edib.