Bu ilin yanvar-sentyabr aylarında ölkədə 2 814,2 min ton beton istehsal olunub.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə betonun istehsal həcmi 14,9 faiz və ya 419,3 min ton artıb.
Cari ilin avqust ayı ilə müqayisədə isə sentyabrda istehsal həcmində 12,7 faiz və ya 44,1 min ton artım qeydə alınıb. Sentyabr ayında 391 min ton beton istehsal olunub.