Rusiya Federasiyası Çelyabinsk vilayətinin nümayəndə heyətinin Azərbaycana biznes-missiyası təşkil olunub.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, bu barədə Rusiya mətbuatı regionun İqtisadi İnkişaf Nazirliyinə istinadən yazır.
Nümayəndə heyətinə ədviyyatlar, məişət kimyası, quru qida qarışıqları, gübrələr və s. istehsal sahələrində fəaliyyət göstərən altı şirkət daxildir.
Hazırda Azərbaycana qida əlavələrinin, marqarinin, birdəfəlik qida qablaşdırmalarının, mineral gübrələrin, məişət kimyası və digər məhsulların tədarükü ilə bağlı danışıqlar aparılır. İşgüzar səfər noyabrın 4-dək davam edəcək.