Mərkəzi Bank uçot dərəcəsini 8,5 faizə endirib

2023.11.01 14:04 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0,5 faiz bəndi azaldılaraq 8,5 faizə endirilib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı AMB-nin yaydığı məlumata istinadən xəbər verir ki, bankın qərarına əsasən, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi azaldılaraq 7 faizə, yuxarı həddi isə 0,5 faiz bəndi azaldılaraq 9,5 faiz səviyyəsinə endirilib.

Bu qərar daxili və xarici mühitdə inflyasiya proseslərinə təsir göstərən amillərin dəyişimi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla verilib.

Bu qərar 2 noyabr 2023-cü ildən qüvvəyə minir. Faiz dəhlizinin parametrlərilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2023-cü il dekabr ayının 20-də açıqlanacaq.