Artıq beynəlxalq kart təşkilatlarının dəstəyi ilə ölkəmizdə token əməliyyatları geniş istifadə olunmaqdadır. Bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov Bakıda keçirilən Beynəlxalq Bank Forumunda açıqlayıb. O deyib ki, Apple və Google-un verdiyi ödəniş kanalları aktivləşib. Nəticədə cari ilin 9 ayı ərzində token əməliyyatların həcmi 1,9 milyard manata çatıb.
F.Osmanov əlavə edib ki, POS-terminal vasitəsilə həyata keçirilən alışlarda, alınan mal və xidmətlərin ödənişlərində token əməliyyatların payı 27 faizə çatıb: "Bu da onu deməyə əsas verir ki, insanlar daha çox mobil cihazlar üzərindən ödənişlərin həyata keçirilməsinə üstünlük verir”.