Fərid Osmanov: “Cari ilin 9 ayında nağdsız dövriyyənin xüsusi çəkisi 12,4 faiz bəndi artaraq 54 faizi keçib”

2023.11.01 10:49 (UTC+04:00)

Bank sektoru rəqəmsal transformasiyaya ən surətlə məruz qalan canlı sistemdir. “vergiler.az” xəbər verir ki, bu fikri Mərkəzi Bankın baş direktoru Fərid Osmanov VII Beynəlxalq Bankçılıq Forumunda səsləndirib.

F.Osmanov əlavə edib ki, bu ilin 9 ayında kartlarla həyata keçirilən nağdsız ödənişlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artıb. Bu məbləğ artıq 33 milyard manata çatıb. Ötən illər ərzində nağdsız dövriyyənin xüsusi çəkisi 2 faiz bəndi artdığı halda, ötən ilin eyni dövrü ilə müqayisədə 2023-cü ilin 9 ayında nağdsız dövriyyənin xüsusi çəkisi 12,4 faiz bəndi artaraq 54 faizi keçib.

“Bu onu deməyə əsas verir ki, artıq iqtisadi subyektlər və insanların gündəlik həyatında rəqəmsal həllər, rəqəmsal bank xidmətləri, məsafədən xidmətlər, rəqəmsal ödənişlər kifayət qədər böyük paya sahibdir”, - F.Osmanov bildirib.