Növbəti hərracda 8 nəqliyyat vasitəsi satılıb

2023.10.31 17:58 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 8 nəqliyyat vasitəsi satılıb. Rəqabətli keçən hərracda “Hyundai Accent” markalı avtomobilin start qiyməti 4.500 manat olsa da, son təklif 6.545 manata yüksəlib. Start qiyməti 1.600 manat olan “VAZ-21310” markalı nəqliyyat vasitəsi 2.500 manata özəlləşdirilib.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/36Hr4B linki vasitəsilə tanış olmaq olar.

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.