Moskvada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev Rusiya Federasiyasının Baş nazirinin birinci müavini Andrey Belousov ilə görüşüb.
Rusiya Federasiyası Hökumətinin məlumatına görə, söhbət zamanı “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin dəmir yolu marşrutunun inkişafı məsələləri müzakirə olunub.