Meyvə-tərəvəz ixracında 12 faizədək artım var

2023.10.31 15:35 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədən 470,3 milyon ABŞ dolları dəyərində 462,6 min tondan çox meyvə-tərəvəz ixrac edilib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 7,1 faiz və ya 31,2 milyon dollar, həcmi isə 11,8 faiz və ya 48,8 min ton artıb.

Cari ilin ilk 9 ayında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 1,78 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 19,32 faizə bərabər olub.