“Yaraq-Qazmalar” gömrük-keçid məntəqəsinin buraxılış qabiliyyəti iki dəfədən çox artıb

2023.10.31 14:34 (UTC+04:00)

Azərbaycan-Rusiya sərhədindəki “Yaraq-Qazmalar” gömrük-keçid məntəqəsinin buraxılış qabiliyyəti artıb.

Bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin Moskvada keçirilən Beynəlxalq Gömrük Forumunun iştirakçılarına müraciətində məlumat verib.

O bildirib ki, Azərbaycan-Rusiya sərhədindəki “Yaraq-Qazmalar” gömrük-keçid məntəqəsinin buraxılış qabiliyyəti iki dəfədən çox artıb. Baş nazirin sözlərinə görə, bu ilin üç rübü ərzində Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə əmtəə dövriyyəsinin həcmi ötənilki göstəricidən 30 faiz çoxdur.

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk, öz növbəsində, Azərbaycan-Rusiya sərhədindəki “Yaraq-Qazmalar” gömrük-keçid məntəqəsində yenidənqurma işlərinin bu ilin sonunadək başa çatacağını bildirib O, qeyd edib ki, “Tahirkənd-Qazmalar” avtomobil buraxılış məntəqəsi yenidən qurulduqdan sonra Rusiya-Azərbaycan sərhədində növbə yaranmır.

AZƏRTAC