Bu ilin sentyabr-oktyabr aylarında Rusiya Federasiyasının Oryol vilayətindən Azərbaycana 2977 ton (148 partiya) kartof ixrac edilib ki, bu da ötən ilin müvafiq göstəricisindən 7,4 dəfə çoxdur.
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") məlumatına görə, ötən il qeyd olunan müddətdə ixracın həcmi 20 partiyadan ibarət 400 ton təşkil edib. İxrac edilən məhsulların istehsalçıları vilayətin fermer təsərrüfatlarıdır.
Bütün məhsullar idxalçı ölkənin fitosanitar tələblərinə uyğun olub, ixrac partiyalarının keyfiyyəti müvafiq protokollarla təsdiq edilib. İxrac edilən kartofun hər partiyasına fitosanitar sertifikatları verilib.