ÜDM-in müxtəlif sahələrində əlavə dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb

2023.10.30 13:15 (UTC+04:00)

2023-cü ilin yanvar-sentyabr ayları ərzində ÜDM-in müxtəlif sahələrində əlavə dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında bu haqda paylaşım edib.

"Bu göstərici turistlərin yerləşdirilməsi və ictimai iaşədə 26%, informasiya və rabitədə 14,7%, tikintidə 12,5%, emal sənayesində isə 9,4% təşkil edib", - nazir qeyd edib.