- "Adıma şirkət açıblar, külli miqdarda borc gəlib". Son vaxtlar belə şikayətlər artıb. Dövlət Vergi Xidməti bu kimi xoşagəlməz halların qarşısını almaq üçün ciddi tədbirlər görür.
- Eyni yerdə 5 il fasiləsiz işlədikdə əmək müqaviləniz müddətsiz olur. Bəzi işəgötürənlər işçinin bu hüququnu özünün də xəbəri olmadan necə pozur?
- Bağlanan bankda lombard krediti olanları qızıllarının aqibəti narahat edir. Vətəndaşlar girovlarını necə və haradan ala bilər?
Verilişin qonağı millət vəkili, iqtisadçı Vüqar Bayramov bağlanan bankda olan sığortasız əmanətlər, depozit faizləri və digər məqamlarla bağlı Günel Bəhramqızının suallarını cavablandırıb, bu mövzu ilə əlaqədar vətəndaşlara tövsiyələrini verib.
Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi zona" proqramının 29 oktyabr 2023-cü il tarixli buraxılışında tanış ola bilərsiniz.