Maaşları ağartmağın vaxtıdır! Video

2019.06.22 12:15 (UTC+04:00)

Vergilər Nazirliyi vergi ödəyiciləri ilə əməkdaşlıq münasibətlərinin səmərəliliyinin artırılması, sahibkar və vətəndaş arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi, verilən əməkhaqlarının leqallaşdırılması sahəsində maarifləndirmənin bütün imkanlarından yararlanmaqda davam edir. Artıq bir müddətdir ki, şəhərin müxtəlif ərazilərində yerləşən reklam lövhələrində, bilbordlarda əksini tapan, həmçinin sosial şəbəkələrdə aparılan və izləyicilərin böyük marağına səbəb olmuş AĞART sosial çağırışına əsaslanan reklam kampaniyası da bu sahədə maarifləndirmə vasitələrindən biridir.

Maaşları ağartmağın vaxtıdır - Vergilər Nazirliyinin yeni sosial çağırışıdır. Məqsəd vətəndaşları və sahibkarları əmək münasibətlərinin rəsmiləşdirilməsinə dəvət etmək, əməkhaqlarının tam şəkildə leqallaşdırılmasının yaratdığı üstünlüklər barədə onları məlumatlandırmaqdır.