Bu ilin yanvar-sentyabr ayları ərzində dövlət satınalmaları sahəsində keçirilmiş müsabiqələrin nəticələrinə dair İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan 7258 yekun protokol təhlil olunub.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı xəbər verir ki, bu barədə Xidmət rəisi Məmməd Abbasbəyli sosial şəbəkə hesabında yazıb.
Xidmət rəisi bildirib ki, qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildiyindən 1031 müsabiqənin nəticəsi ləğv edilib ki, bu da ümumi təhlil edilən protokolların 14,2 faizini təşkil edir.
“Sahibkarların dövlət satınalmalarında aktiv iştirakı ilə rəqabətlilik təmin edilir, bununla da şəffaflıq və satınalma prosesində səmərəlilik artır, - M.Abbasbəyli əlavə edib.