Birjalarda neft qiymətləri

2023.10.30 10:28 (UTC+04:00)

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,17 dollar azalaraq 89,31 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,27 dollar ucuzlaşaraq 84,27 dollar təşkil edib.