Hacıqabul Sənaye Məhəlləsinin ərazisində minik avtomobillərinin istehsalı kompleksi yaradılacaq

2023.10.30 10:46 (UTC+04:00)

Azərbaycan-Özbəkistan birgə müəssisəsi “Azərmaş CP” MMC-yə Hacıqabul Sənaye Məhəlləsinin rezidenti statusu verilib və rezidentlərin sayı 14-ə çatıb.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat paylaşıb.

"Şirkət tərəfindən Sənaye Məhəlləsinin ərazisində investisiya həcmi 104 milyon manat olan minik avtomobillərinin istehsalı kompleksi yaradılacaq və 1.200 nəfər işlə təmin ediləcək", - nazir əlavə edib.