Vergilər Nazirliyinin əməkdaşı Estoniyada beynəlxalq konfransda iştirak edib

2019.06.22 16:11 (UTC+04:00)

İyunun 7-dən 9-dək Estoniyada "Avropa Biznes Qeydiyyatı Assosiasiyasının (EBRA) idarə edilməsi və fəaliyyətinə dair məsələlərin müzakirəsi, hüquqi şəxslərin qeydiyyatı sahəsinə dair qabaqcıl təcrübələrin təhlili" mövzusunda konfrans keçirilib. EBRA-nın təşkilatçılığı ilə keçirilmiş tədbirdə Assosiasiyaya üzv ölkələrin nümayəndələri iştirak ediblər. Konfransda Azərbaycanı Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili şöbəsinin böyük hüquqşünası Lalə Hüseynova təmsil edib.

Tədbirdə Avropa ölkələrində dövlət qeydiyyatını aparan orqanlar arasında müvafiq məlumat mübadiləsi, o cümlədən hər hansı məhdudiyyətləri olan qurumların qonşu ölkələrdə hüquqi şəxsi təsis etməsinin qarşısının alınması məsələləri müzakirə olunub.