Bu barədə tərəflər Beynəlxalq Geologiya-Mədənçilik Forumu çərçivəsində razılığa gəliblər.
Belə ki, Türkiyə Respublikası Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən və Neft İşləri Baş İdarəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi arasında niyyət protokolu imzalanıb. Protokola uyğun olaraq qarşılıqlı əməkdaşlığı gücləndirmək və təcrübə mübadiləsinin təşkili barədə razılığa gəlinib.
Qeyd edək ki, ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda 30 ölkədən 70 mütəxəssis iştirak edir. Forumun işinə bu gün yekun vurulacaq.