Özbəkistanda gələn ildən ƏDV üzrə bütün güzəştlər ləğv ediləcək

2019.06.22 18:08 (UTC+04:00)

Ölkədə həyata keçirilən vergi islahatlarına həsr olunmuş brifinqdə Özbəkistan Dövlət Vergilər Komitəsi sədrinin müavini Mubin Mirzəyev bildirib ki, bu, ədalətli normadır, istehsalçıları öz aralarında rəqabət aparmağa və normal bazar sistemi qurmağa vadar edir: "Bizə sabit iqtisadi artım və büdcə daxilolmaları lazımdır".

Qeyd edilib ki, diqqət mərkəzində saxlanılan amillər vergi yükünün artması və əlavə dəyər vergisi ödəyicilərinin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı inflyasiya səviyyəsinin yüksəlməsi idi. 2018-ci ildə ölkədə fəaliyyət göstərən 350 min sahibkarlıq subyektindən cəmi 7,1 mini, başqa sözlə 2 faizi ƏDV ödəyicisi idi.

Qəbul edilmiş vergi konsepsiyasında bu problemin həlli, eləcə də həm kiçik, həm də iri biznes üçün ədalətli vergi sisteminin formalaşdırılması nəzərdə tutulmuşdu. Konsepsiya çərçivəsində ƏDV ödəyicilərinin sayına 17 min yeni təsərüfat subyektinin əlavə olunacağı və rəqəmin 25 minə çatdırılacağı gözlənilirdi. Lakin bu il onların sayı 40 mini keçib və 4 min təsərrüfat subyekti könllü şəkildə ƏDV ödəyicisi olmaq seçimini edib.