Şirvanda sahibkarlarla görüş keçirilib

2023.10.26 10:41 (UTC+04:00)

Sahibkarlığın İnkişafı Fondunun və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri Hacıqabul və Şirvan rayonlarında fəaliyyət göstərən sahibkarlarla görüşüblər. Görüşdə bizneslərin maliyyə resurslarına çıxış imkanları müzakirə edilib, sahibkarların təklifləri dinlənilib. Bununla yanaşı, sahibkarlara dövlətin güzəştli maliyyə mexanizmləri barədə ətraflı məlumat verilib.