Sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi müzakirə olunub

2023.10.26 10:14 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankında (AMB) ölkədə fəaliyyət göstərən bankların rəhbərləri ilə görüş keçirilib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, görüşdə bank sektoru üzrə cari ilin 3-cü rübünün nəticələri müzakirə etdilib, son dövrlərdə qlobal meyillərin və çağırışların maliyyə-bank sektoruna təsiri nəzərdən keçirilib.
"Ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışılıb",- T.Kazımov qeyd edib.